Futbol üzrə Birinci Liqada IX turun oyunları davam edir. Noyabrın 22-də start götürmüş turun bu gün daha üç görüşü keçirilib.
“Qaradağ Lökbatan” bu turda “İmişli”nin qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda təşkil olunan qarşılaşmada hesab açılmayıb və görüş qolsuz bərabərliklə sona yetib – 0:0.