Futbol üzrə Birinci Liqada XVII turun oyunları sona yetib.
“Qaradağ Lökbatan” turnir cədvəlinin liderlər qrupunda yer alan “İmişli” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Matçın 80-ci dəqiqəsində Mikel Badejo qırmızı vərəq alıb və komandamızı azlıqda qoyub. Buna baxmayaraq, 85-ci dəqiqədə təmsilçimizin heyətində Murad Qayalı “Qaradağ Lökbatan”a üç xalı qazandıran qola imza atıb – 1:0. Bu, görüşdə vurulan yeganə qol olub.