Bu gün futbol üzrə Birinci Liqada XV turun oyunları start götürüb.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində MOİK-in qonağı olub. Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin qollarına beşinci dəqiqədə Fərid Mahmudov, otuz altıncı dəqiqədə isə Rayan Guibero imza atıb.