• Noyabr 4, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada VII turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu turda “Ağdaş” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan oyun təmsilçimizin üstünlüyü şəraitində keçib və Qəzənfər Abbasovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə sona yetib. Komandamızın heyətində Tofiq Nəsibov (19′, 37′) dubl edib. Hakan Həsənov (56′) və İlham Hüseynov (80′) isə hərəyə bir dəfə fərqləniblər.