Bu gün futbol üzrə Birinci Liqada XII turun və ilin son oyunları keçirilib.
“Qaradağ Lökbatan” “Difai Ağsu” komandası ilə üz-üzə gəlib. “Neftçi” Futbol Mərkəzində təşkil olunan qarşılaşmada təmsilçimiz rəqibini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. “Qaradağ Lökbatan”ın heyətində Seyxan Fərəcov (21′, 82′) dubla imza atıb. Kənan Cəfərov (28′), Xəlil Bəşirov (52′) və Mehdi Tahirov (84′) isə hərəyə bir dəfə fərqləniblər.
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıran “Qaradağ Lökbatan” komandası qış fasiləsinə turnir cədvəlinin lideri kimi yollanıb.