Futbol üzrə Azərbaycan Çempionatının II Liqasında XXVI turun oyunları davam edir.
“Qaradağ Lökbatan” bu turda “Quba” komandası ilə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan matçda təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Komandamızın heyətində İlkin Əliyev (35), Vüsal Hüseynov (58) və İbrahim Ağayarov (78) fərqləniblər.

