Futbol üzrə Birinci Liqada XIII turun oyunlarına yekun vurulub.
İkinci dövrənin ilk turunun sonuncu qarşılaşması Zaqatalada baş tutub. “Qaradağ Lökbatan” adıçəkilən şəhərin eyniadlı komandasının qonağı olub. Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə qalib müəyyənləşməyib. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqləniblər – 1:1. “Qaradağ Lökbatan”ın heyətində matçın 19-cu dəqiqəsində Mikel Badejo adını tabloya yazdırıb. “Zaqatala”dan isə Uoren Lloyd 55-ci dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, “Qaradağ Lökbatan” XIII turdan sonra 28 xalla turnir cədvəlində liderliyini davam etdirir.