Futbol üzrə İkinci Liqada XIX turun oyunları keçirilib.
Bu turda “Qaradağ Lökbatan” “Kür-Araz” komandasının qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutan görüşdə “Qaradağ Lökbatan” rəqibini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. Futbolçularımızdan İlham Hüseynov (13), Sabir Allahquliyev (45+4), İsa Zeynallı (77), Fərid Abbaslı (85) və Ramil Orucov (88) rəqib komandanın qapısına yol tapıblar.
