• Oktyabr 20, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında VI turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu turda “Şəmkir” komandasının qonağı olub. Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşün əsas vaxtında hesab açılmasa da, əlavə olunmuş vaxtda komandamız qələbə qolunu vurmağa müvəffəq olub. Təmsilçimizin heyətində Tofiq Nəsibov (90+6) rəqibin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib – 1:0.
Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 15 xalla turnir cədvəlinin lideridir.