• Mart 2, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada XVI turun oyunları davam edir.
“Qaradağ Lökbatan” bu gün “Şəmkir” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada təmsilçimiz rəqibini 4:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Rəhman Quliyev (30), Hakan Həsənov (44), Tural Axverdiyev (45) və İlham Hüseynov (87) fərqləniblər.