Futbol üzrə Birinci Liqada XI turun oyunları keçirilir.
Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “İrəvan”ın qonağı olub. “ASK Arena”da baş tutan matçda komandamız rəqibin qapısından iki cavabsız top keçirib. Təmsilçimizin heyətində 76-cı dəqiqədə Tunar Mütəllimov, 83-cü dəqiqədə isə Seyxan Fərəcov adını tabloya yazdırıb.
Bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Qaradağ Lökbatan” hazırda turnir cədvəlində liderliyini davam etdirir.