Bu gün futbol üzrə Birinci Liqada X turun oyunlarına yekun vurulub.
“Qaradağ Lökbatan” bu turda “Mingəçevir”komandası ilə üz-üzə gəlib. “Neftçi” Futbol Mərkəzində təşkil olunan görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Urfan İsmayılov iki, Xəlil Bəşirov isə bir dəfə fərqlənib.
Bununla da “Qaradağ Lökbatan” xallarının sayını 21-ə çatdırıb və yenidən turnir cədvəlində liderliyə yüksəlib.