Futbol üzrə Azərbaycan II Liqasında IV turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu turda “Şəmkir” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma təmsilçimizin böyükhesablı qələbəsi ilə sona yetib – 7:0.
Qollara Ramil Quliyev (15), Əli Əlizadə (18, 84), Ramil Orucov (20), Əjdər Hacılı (65, 76) və Kamil Mahmudov (89) imza atıblar.















