Azərbaycan Texniki Universitetinin idman zalında yeniyetmə və gənclər arasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Qılıncoynadanlarımızdan Murad Əkbərov sablya növündə gənclər arasında bütün rəqiblərini məğlub edib və Bakı çempionu olub.