Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarış Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında keçirilib.
Sablya növündə “Neftçi” İdman Klubunun təmsilçilərindən Saleh Məmmədov bütün rəqiblərini məğlub edərək ölkə çempionu olub. Murad Əkbərov isə gümüş medala sahib çıxıb. Səbinə Kərimova qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şpaqaçıların mübarizəsində isə məğlubiyyət tanımayan Barat Quliyev respublika çempionatının qızıl medalını qazanıb.