Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən qılıncoynatma üzrə ölkə birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yetirmələrindən Mirxətai Məmmədov və Mirnuray Abasova şpaqa növündə yeniyetmələr arasında təşkil olunan yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Eyni növdə gənclərin mübarizəsində Mirxətai Məmmədov qızıl, Vahab Fətullayev isə gümüş medala layiq görülüb. Qızlar arasında Mirnuray Abasova ikinci, Nəzrin Mehdiyeva isə üçüncü yeri tutub.