“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən açıq Avropa çempionatının ikinci günündə gümüş medala layiq görülüb. Paralimpiyaçımız 100 metr məsafəyə kəpənək üzmə üsulunda finişə ikinci çatıb və fəxri kürsüdə yer alıb.
Xatırladaq ki, Raman Saley mötəbər yarışın birinci günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda qızıl medala sahib olmuşdu.