• İyul 4, 2025
  • Redactor Neftchi
  • 0

İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U-20 Avropa birinciliyi davam edir.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan güləşçisi Ruzanna Məmmədova (62 kq) böyük əzmkarlıq nümayiş etdirərək Avropa çempionatının qalibi olub. Xanım idmançımız finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ruzanna məmmədova ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) qızıl medala sahib olub.