Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən yarışda sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri çempionatın 12 medalına (3 qızıl, 3 gümüş, 6 bürünc) sahib çıxıblar və ümumkomanda hesabında ikinci yeri tutublar.
Pəhləvanlarımızdan Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Orxan Abasov (79 kq) bütün görüşləri qələbə ilə başa vuraraq çempion olublar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Zirəddin Bayramov (65 kq), Anar Cəfərov (92 kq) və Yusif Dursunov (125 kq) gümüş medal qazanıblar. Digər güləşçilərimiz – Ceyhun Allahverdiyev, Camal Abbasov (hər ikisi 61 kq), Sabir Cəfərov (70 kq), Əbülfəz Nəsirov (74 kq), Əbdülcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) isə ölkə çempionatını üçüncü pillədə başa vurublar.