• İyun 15, 2025
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa birinciliyinə yekun vurulub.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri qitə birinciliyini bir dəst medalla başa vurublar. Təmsilçilərimizdən Səid Paşayev (92 kq) həlledici final görüşünsdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gəlib. Gərgin mübarizədən 6:5 hesablı qələbəylə ayrılan idmançımız növbəti dəfə Avropa çempionu olub.

Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsü ünvanına sahib çıxan Səid Paşayev bu dəfə eyni uğura sərbəst güləşdə imza atıb.

Həsən Həsənov (60 kq) da finala qədər irəliləyib. Lakin O, həlledici qarşılaşmada ukraynalı Zorab Aloyevlə mübarizədə minimal fərqlə (4:5) məğlub olub və gümüş medala layiq görülüb.

Digər güləşçimiz Hakim Tağıyev (110 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) qızıl, Qurban Məcnunov (48 kq) isə bürünc medal qazanmışdı.