Gəncə İdman Sarayında keçirilən güləş üzrə U-17 Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın sonuncu günlərində sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri turniri 10 medalla (4 qızıl, 4 gümüş, 2 bürünc) başa vurublar. Təmsilçilərimizdən Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanov (80 kq) və Hakim Tağıyev (110 kq) heç bir məğlubiyyət tanımayaraq çempionluq sevinci yaşayıblar. Əliağa Süleymanov (55 kq), Əkbər Əsgərov (51 kq), Həsən Həsənov (71 kq), Fərid İsmayılov (92 kq) ikinci, Ruslan Vəliyev (71 kq) və Nicat Mustafayev (110 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, “Neftçi” İdman Klubu ümumkomanda hesabında ikinci olub.
