• Sentyabr 10, 2024
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya birinciliyində inamla çıxış edərək iki medala sahib olublar. Azərbaycan millisinin heyətində yer alan təmsilçilərimizdən Ağanəzər Novruzov (74 kq) və Anar Cəfərli (92 kq) mötəbər turnirin bürünc mükafatına layiq görülüblər.