“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Yusif Abdullayev (38 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa Birinciliyində böyük uğura imza atıb. İdmançımız inamla mübarizə apararaq finala yüksəlib. O, həlledici görüşdə gürcüstanlı Rozi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələrək qitə çempionatının qızıl medalına sahib olub.
