• Mart 11, 2026
  • Redactor Neftchi
  • 0

Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa Çempionatı davam edir.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan sərbəst güləşçisi Zəfər Əliyev (97 kq) mötəbər yarışın bürünc medalını qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Emirhan Kılıcı məğlub edib.