Polşanın paytaxtı Varşavada sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışda “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçisi Sabir Cəfərov inamla mübarizə apararaq mükafatçılar arasında yer alıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərini məğlub edib və beynəlxalq turnirin qalibi olub.