Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Bayraqdarlarımız parataekvondo üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva olacaq.

Qeyd edək ki, Sabir Zeynalov “Neftçi” İdman Klubunun təmsilçisidir.Açılış mərasimi iyulun 24-də Cebeci İdman Kompleksində keçiriləcək.