
“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal əldə edib. Mübarizəyə səkkizdəbir finaldan qoşulan idmançımız ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Çin Taybeyini təmsil edən rəqibinə məğlub olan Sabir Zeynalov gümüş medala yiyələnib.
Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırırdı.