“Neftçi” İdman Klubunun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov klubun uşuçuları ilə görüşüb. O, öncə idmançıları Novruz bayramı və qazandıqları qələbələr münasibətilə təbrik edib. Daha sonra onlara ölkədaxili və beynəlxalq yarışlarda daha böyük uğurlar diləyib. İdmançılar yaradılan şəraitə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, uşuçularımız bugünlərdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş klublararası turnirdə 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.