Futbol üzrə Birinci Liqada XVIII turun oyunlarına start verilib.
Bu turda “Qaradağ Lökbatan” turnir cədvəlinin liderlər qrupunda mübarizə aparan “Şamaxı” komandasının qonağı olub. Şamaxı şəhər stadionunda gerçəkləşən görüşdə qalib müəyyənləşməyib və matç 2:2 hesablı bərabərliklə sona yetib. Komandamızın heyətində Xəlil Bəşirov (38′) və Rayan Guibero (72′) fərqləniblər.