• İyul 7, 2025
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və kişilər arasında sambo güləşi üzrə Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan kuboku keçirilib.
“Neftçi” İdman Klubunun samboçuları əzmlə mübarizə apararaq turnirin 26 medalını qazanıblar.
Yeniyetmələr arasında Nihad Rəhimov (64 kq) və Sadiq Nadirov (79 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici finalda məğlub olan Elgün Şirəlizadə (79 kq) gümüş, Toğrul Kərimli (58 kq) və Hüseyn Muradov (98 kq) isə bürünc medala layiq görülüblər.
Gənclərin mübarizəsində Nicat Rəhimov (64 kq), Fərəc Gözəlov (88 kq), Rəşad Şirinli (98 kq) və Hacıbaba İmaməliyev (+98 kq) məğlubiyyət tanımayaraq qızıl medala sahib olublar. Nihad Rəhimov (64 kq), Sadiq Nadirov (79 kq) və Rəsul Arzumanov (88 kq) ikinci, Raqim İsmayılov (79 kq) isə üçüncü yeri tutub.
Kişilər arasında Vaqif Mirzəli (58 kq), Nihad Rəhimov (64 kq), Kamran Qasımov (71 kq), Əhməd Ağayev (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Nicat Rəhimov (64 kq), Toğrul İbrahimov (79 kq), Ceyhun Hüseynov (88 kq), Ağayi Məmmədov (98 kq) və Burxan Asakov (+98kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və Fərəc Gözəlov (88 kq) isə bürünc medal əldə edilər.
Qeyd edək ki, ki, “Neftçi” İdman Klubunun kişilərdən ibarət komandası yarışda birinci yeri tutub.