• Sentyabr 29, 2025
  • Redactor Neftchi
  • 0

Azərbaycanda keçirilən III MDB Oyunları davam edir.

“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan samboçuları mötəbər yarışın 3 medalını qazanıblar.

Təmsilçilərimizdən Nihad Rəhimov (64 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəsul Səmədli (+98 kq) gümüş medala layiq görülüb. Sadiq Nadirov (79 kq) isə üçüncü yeri tutub.

Xatırladaq ki, klubumuzu turnirdə 7 idman növündə 20 idmançı təmsil edir.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.