Abşeron Olimpiya İdman Kompleksində sambo güləşi üzrə yeniyetmələr, gənclər və kişilər arasında keçirilən Azərbaycan çempionatı və birinciliyi başa çatıb.
“Neftçi” İdman Klubunun yetirmələri yarışda inamla çıxış edərək 18 medala (3 qızıl, 7 gümüş, 8 bürünc) yiyələniblər.
Yeniyetmələr arasında 79 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Rasim Vəliyev gümüş medala layiq görülüb.
Gənclərin mübarizəsində Əhməd Ağayev (71 kq) və Murad Mustafazadə (98 kq) eyni uğuru təkrarlayıblar. Abdulrəhman Səbzəliyev (71 kq), Rasim Vəliyev (79 kq) və Nicat Sultanov (79 kq) isə üçüncü yeri tutublar.
Kişilər arasında Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq) və Ceyhun Hüseynov (88 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Tural Allahverdiyev ( 64 kq), Kamran Qasımov (71 kq), Ağani Məmmədov (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) gümüş medala layiq görülüblər. Digər samboçularımız – Sahib Babayev (58 kq), Pənah İmanov (58 kq), Fuad Məmmədov (64 kq), Şirin Cavadzadə (98 kq) və Burxan Afakov (+98 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.