
Şağan Olimpiya İdman Kompleksində 2009-2011-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan sambo güləşi üzrə Bakı şəhər birinciliyi başa çatıb.
“Neftçi” İdman Klubunun yarışa qatılan samboçularından Raul İsmayılov (42 kq) və Rövlan Aşırlı (49 kq) bütün qarşılaşmaları qələbə ilə sona yetirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sahib İbrahimzadə (42 kq) gümüş, Nihad Dayanov (53 kq) və Hüseyn Muradov (88 kq) isə bürünc medala layiq görülüblər.