Ağdam Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş sambo üzrə açıq respublika turniri keçirilib. Yarışda 16 komandanın heyətində 112 idmançı mübarizə aparıb.
“Neftçi” İdman Klubunun samboçuları yarışın 11 medalına (7 qızıl, 3 gümüş, 1 bürünc) yiyələniblər.
İdmançılarımızdan Sadiq Əhməd (53 kq), Murad İsmayılzadə (58 kq), Yusif Əliyev (64 kq), Hüseyn Quliyev (79 kq), Elgün Şirəlizadə (88 kq), Nihad Quliyev (98 kq) və Hüseyn Muradov (+98 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Klubumuzun digər təmsilçilərindən Əli Axundov (53 kq), Nihad Dayanov (58 kq) və Rövlan Aşırlı (64 kq) ikinci, Sahib İbrahimli (53 kq) isə üçüncü yeri tutub.









