• Sentyabr 6, 2025
  • Redactor Neftchi
  • 0

SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu, Sosial İnkişaf İdarəsi və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turniri davam edir. Neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən və Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda dörddəbir final mərhələsinin oyunlarına yekun vurulub.

Gərgin mübarizə şəraitində keçən görüşlərdən “Balaxanı” Əməliyyat Şirkəti, “Neftqaztikinti” Tresti, “Azneft” İstehsalat Birliyi və “SOCAR Polymer” Zavodunun komandaları qalib ayrılaraq yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, sentyabrın 13-də təşkil olunacaq yarımfinal oyunlarında “Balaxanı” Əməliyyat Şirkəti “Neftqaztikinti” Tresti, “Azneft” İstehsalat Birliyi isə “SOCAR Polymer” Zavodunun komandası ilə üz-üzə gələcək.

Bu gün keçirilən dörddəbir final mərhələsində aşağıdakı nəticələr qeydə alınıb:

“Balaxanı” Əməliyyat Şirkəti – “Azəriqaz” İB – 6:0

“Azneft” İB – “BOS Şelf” MMC – 2:0

“SOCAR Karbamid” Zavodu – “Neftqaztikinti” Tresti – 4:6

“SOCAR Polymer” Zavodu – SOCAR Baş Ofis – 3:1