• Avqust 17, 2025
  • Redactor Neftchi
  • 0

SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu, Sosial İnkişaf İdarəsi və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turniri davam edir. Neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən və Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün ikinci tura yekun vurulub.
Qeyd edək ki, turnirdə 29 komanda 7 qrupda mübarizə aparır. Qrup mərhələsində ilk iki yeri tutmuş komandalar, eləcə də üçüncü pillədə qərarlaşan və ən yaxşı nəticəyə sahib olan iki komanda final mərhələsinə vəsiqə qazanacaq. Yarış sentyabrın 21-dək davam edəcək.

İkinci turun nəticələrini təqdim edirik:

“SOCAR Metanol” Zavodu – Kompleks Qazma İşləri Tresti – 0:4
N.Nərimanov adına NQÇİ – “Neftqaztikinti” Tresti 1:4
“SOCAR Karbamid” Zavodu – Bakı Ali Neft Məktəbi – 7:2
“Azərkimya” İstehsalat Birliyi – SOCAR KBR – 0:5
“SOCAR Petroleum” – SOCAR Downstream Management – 0:2
“Qaz İxrac” İdarəsi – EKOL – 4:0
“Suraxanı” Əməliyyat Şirkəti – “Bibiheybətneft” NQÇİ – 12:1
Təhlükəsizlik İdarəsi – “Balaxanı” Əməliyyat Şirkəti – 0:6
SOCAR Upstream – “SOCAR Polymer” Zavodu – 0:6
“Neftqazelmitədqiqatlayihə” İnstitutu – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 3:2
“Neftqaztikinti” Tresti – “SOCAR Metanol” Zavodu – 4:1
Kompleks Qazma İşləri Tresti – Geofizika və Geologiya İdarəsi – 3:2
Neft Kəmərləri İdarəsi – “Azəriqaz” İstehsalat Birliyi – 1:1
Gəmiqayırma Zavodu – “BOS Şelf” MMC – 3:7
“Azneft” İstehsalat Birliyi – Heydər Əliyev adına Neft Emalı Zavodu – 4:1
Sənaye Təhlükəsizlik İdarəsi – SOCAR Baş Ofis – 0:3