Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 28 dövlət qurumundan 60 əməkdaş (4 qadın, 56 kişi) mübarizə aparıb.Qadınlar arasında bilyardın “Pool-8” növündə təşkil olunan yarışda SOCAR-ın hər iki əməkdaşı mükafata layiq görülüb. Təmsilçilərimizdən Fatimə Quliyeva (“Qaz İxrac” İdarəsi) turnirin qalibi olub. İlahə Hacıyeva (SOCAR Polymer) isə yarışı üçüncü pillədə başa vurub.Kişilər isə bilyardın “Qarışıq piramida” növündə mübarizə aparıblar. Toğrul Mahmudov (Qaz Emalı Zavodu) və Ramil Musayevdən (“Abşeronneft” NQÇİ) ibarət SOCAR komandası finalda Gömrük Komitəsinin kollektivini 3:1 hesabı ilə məğlub edərək çempion olub.