
Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib. Turnirdə 5 qurumdan 7 komanda (3 qadın, 4 kişi) mübarizə aparıb.
SOCAR-ın həm qadınlardan, həm də kişilərdən ibarət komandaları yarışın gümüş medalına layiq görülüb.






