• Sentyabr 7, 2025
  • Redactor Neftchi
  • 0

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan turnirdə 11 dövlət qurumunun əməkdaşları mübarizə aparıb. SOCAR komandasının üzvlərindən Liliya Xametova qadınlar arasında ikinci yeri tutub. Ceyhun Məhərrəmli isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.