“Şüa” İdman Kompleksində “İdman həftəsi” çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında keçirilən stolüstü tennis turnirinə yekun vurulub. Bu gün SOCAR-ın kişilərdən ibarət komandası (Valeh Musayev, Süleyman Alimov ( hər ikisi Heydər Əliyev adına Neft Emalı Zavodu), İftixar Məhərrəmov ( Bakı Ali Neft Məktəbi)) dörddəbir finalda İqtisadiyyat Nazirliyinə (3:0), yarımfinalda isə Müdafiə Nazirliyinə (3:1) qalib gəlib və finala vəsiqəni təmin edib. Həlledici finalda Fövqəladə Hallar Nazirliyinin komandası ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada məğlub olan (1:3) komandamız ikinci yeri tutub.Xatırladaq ki, daha əvvəl SOCAR-ın qadınlardan ibarət komandası (Svetlana Kayumova (Heydər Əliyev adına Neft Emalı Zavodu), Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi), Nərgiz Daşdəmirova (Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi)) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olmuşdu.