Bu gün dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan turnirdə SOCAR-ın kişilərdən və qadınlardan ibarət komandaları da mübarizə aparıb.
Kişilərdən ibarət SOCAR komandası dörddəbir finalda Xəzər Dəniz Gəmiçilik Agentliyinə 2:0 (15:3, 15:2), yarımfinalda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2:0 (15:5, 15:7) hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Fövqəladə Hallar Nazirliyinin kollektivinə 1:2 (25:23, 25:27, 10:15) hesabı ilə məğlub olan təmsilçimiz fəxri kürsünün ikinci pilləsində yer alıb.
SOCAR-ın qadınlardan ibarət komandası isə dörddəbir final mərhələsində TƏBİB-i 2:0 (15:7, 15:1), yarımfinalda isə AZAL-ı 2:0 (15:4, 15:2) hesabı ilə məğlub edərək finala vəsiqəni təmin edib. Finalda Dövlət Gömrük Komitəsinin komandası ilə üz-üzə gələn təmsilçimiz bu rəqibi üzərində də 2:0 (25:11, 25:12) hesablı qələbə qazanıb və turnirin qalibi olub.