
Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan yarışda qadın və kişi komandaları mübarizə aparıb.
SOCAR turnirdə kişilərdən və qadınlardan ibarət komandalarla təmsil olunub. İnamla çıxış edən komandalarımızın hər ikisi yarışı ikinci pillədə başa vurub.











