Bu gün “İdman həftəsi” çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. İçərişəhərdə gerçəkləşən turnirə 35 dövlət qurumundan 48 iştirakçı (35 kişi, 13 qadın) qatılıb.
SOCAR-ın təmsilçisi Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi) yarışda üçüncü yeri tutub. O, dörddəbir final mərhələsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinə 3:1 hesabı ilə qalib gəlsə də, yarımfinalda Elm və Təhsil Nazirliyinin təmsilçisinə məğlub olub – 2:3. Samirə Cəfərova üçüncü yer uğrunda qarşılaşmada “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndəsinə 3:0 qalib gəlib və bürünc medala layiq görülüb.