Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirinin qrup mərhələsində növbəti turun oyunlarına start verilib.
Yarışda C qrupunda yer alan SOCAR komandası İqtisadiyyat Nazirliyinin kollektivi ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” meydançasında gerçəkləşən görüş əvvəldən matçın sonunadək gərgin mübarizə şəraitində keçib. Qarşılaşma daha əzmkar mübarizə aparan SOCAR komandasının qələbəsi ilə sona yetib – 3:2. Təmsilçimizin qollarına Ramil Mansurov, Elnur Hüseynov ve Namiq Qocayev imza atıblar.