Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turnirində növbəti turun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə 52 dövlət qurumunun komandalarının qatıldığı yarışda C qrupunda yer alan SOCAR komandası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda təşkil olunan görüşdə hər iki komanda əzmkar oyun sərgilədiyindən və qələbəyə iddialı olduğundan matç çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın sonuna yaxın təşəbbüsü ələ alan SOCAR komandası rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Təmsilçimizin heyətində Ramin Mansurov və Mehman Baxşıyev fərqləniblər.