
Avropa Oyunları Parkında dövlət qurumları arasında 3×3 basketbol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən turnirdə müxtəlif dövlət qurumları iştirak edib.
SOCAR yarışda qadınlardan və kişilərdən ibarət komanda ilə təmsil olunub və hər iki komandamız fəxri kürsünün üçüncü pilləsində yer alıb.


