Bu gün dövlət qurumlarının əməkdaşları arasında atletika üzrə turnir keçirilib. Respublika Olimpiya Mərkəzində baş tutan yarışda
9 dövlət qurumundan 27 idmançı (7 qadın, 20 kişi) mübarizə aparıb.
SOCAR komandasının təmsilçisi Ləman Niyazlı qadınlar arasında 60 metr məsafəyə qaçışda üçüncü yeri tutub. Bundan əlavə, 4×200 metr qarışıq estafet yarışında İlahə Hacıyeva, Ləman Niyazlı, Elşad Kərimov və Elçin Məmmədovdan ibarət SOCAR komandası gümüş medala layiq görülüb.