• May 12, 2025
  • Redactor Neftchi
  • 0

Bakıda təşkil olunan Dünya Neft və Qaz Kuboku-2025 beynəlxalq minifutbol turnirinə yekun vurulub.

İlk dəfə keçirilən bu mötəbər yarış Falcon Luxury Travel (Azərbaycan) və Success Sport (Oman) şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. “ASK Arena”da reallaşan turnirdə Asiya, Afrika və Avropanı təmsil edən aparıcı neft və qaz şirkətləri mübarizə aparıb. Yarış iki kateqoriyada keçirilib: Elit və Master. Elit kateqoriyada SOCAR, SOCAR-KBR, Azəriqaz, Azfar Group (Azərbaycan), Petroleum Development Oman, OQ Group (Oman), Vien Group (Almaniya), Master kateqoriyada isə ENPPI (Misir), Vien Group (Almaniya), Azfar Group (Azərbaycan), Petroleum Development Oman, Abraj Energy (Oman) komandaları yer alıb.

Elit kateqoriyada təmsil olunan SOCAR komandası turnirdə inamla mübarizə aparıb və gümüş medal qazanıb.

Bundan əlavə, SOCAR komandasının üzvü Ramil Mansurov yarışda “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olub.