Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turnirində qrup mərhələsinin beşinci turunun oyunlarına yekun vurulub.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə 52 dövlət qurumunun komandalarının iştirakı ilə keçirilən yarışda SOCAR komandası Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun kollektivi ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda baş tutan görüş təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib və SOCAR-ın 10:0 hesablı qələbəsi ilə sona yetib.