• Dekabr 20, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində dördüncü turun oyunlarına start verilib.
B qrupunda təmsil olunan SOCAR Heydər Əliyev Mərkəzinin komandası ilə üz-üzə gəlib. Xətai rayonundakı “Azfar” stadionunda baş tutan qarşılaşma təmsilçimizin üstünlüyü şəraitində keçib. Yekunda SOCAR komandası rəqibini 8:2 hesabı ilə məğlubiyyətə uğradıb.